Mil Mi-24

Mi-24
Polşa Ordusuna məxsus Mi-24 helikopteri
Polşa Ordusuna məxsus Mi-24 helikopteri
Tipi Hücum helikopteri
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu
İlk uçuş 19 sentyabr 1969-cu il
İstismara verilmə tarixi 1972
Status Aktiv xidmətdə
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Belarus Hərbi Hava Qüvvələri
İstehsal ili 1969–davam edir
Buraxılış sayı 2.300
Vahidinin qiyməti 12 milyon ABŞ $ (2015)
Baza modeli Mil Mi-8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mil Mi-24 (rus. Миль Ми-24; NATO kod adı: Hind) ― Sovet İttifaqıRusiya tərəfindən istehsal olunan hücum və hərbi nəqliyyat helikopteridir.[1] Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə "Timsah"dır. Mil Moskva Helikopter Zavodu tərəfindən istehsalı həyata keçirilən bu helikopter 1972-ci ildən etibarən başda Sovet İttifaqı olmaqla bir çox ölkənin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.

Mi-24 hərb tarixində ilk hücum helikopterlərindən biridir. Korpusu olduqca möhkəm zirehlə örtülüdür. Əhəmiyyətli xüsusiyyətlərindən biri eyni zamanda 8 əsgər, yük və sursat daşıma imkanıdır.

Zəif cəhəti yüksək səviyyəli manevr bacarığına sahib olmaması və xüsusilə kəskin dönüşlər zamanı qəza vəziyyətinə düşməsidir. Üzərində aparılan uzun müddətli çalışmalara baxmayaraq bu çatışmazlığı aradan qaldırmaq mümkün olmayıb.

  1. "Air-to-Air Defense for Attack Helicopters" (PDF). 2011-12-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search